Müxtəlif markalı siqaretlər aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-2106" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə "Nike" ləqəbli kinoloji xidməti itin tətbiqi ilə gömrük baxışı keçirilib. Baxış zamanı kinoloji xidməti itin reaksiyası nəticəsində avtomobilin sağ və sol qanadlarında 400 ədəd "Marlboro" və 1200 ədəd "Parliament" markalı siqaretlər aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR