Azərbaycandakı dini durumla bağlı həqiqəti əks etdirməyən informasiyalar yaymağa cəhdlər olunur

Bəzən məqsədli şəkildə ictimai çaşqınlıq, ajiotaj yaratmaq məqsədi ilə istər qonşu, istərsə də digər xarici ölkələrin bəzi mətbuat qurumlarında Azərbaycandakı dini durumla bağlı həqiqəti əks etdirməyən informasiyalar yaymağa cəhdlər olunur. Təbii ki, belə dezinformasiyaları yayanlar Azərbaycana düşmən mövqeyi bəsləyən, mövcud ictimai sabitliyimizi gözü götürməyən qüvvələrdir və hətta bir çox halda burada erməni faktorunun olması da istisna edilmir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Dini Qurumlarıa İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov səsləndirib. Onun sözlərinə görə, bu baxımdan daha məqsədəuyğun olardı ki, bizim mətbuat orqanları da belə həssas məsələlərlə bağlı xarici KİV-ə istinad etməzdən əvvəl, müəyyən araşdırma aparıb məlumatın obyektivliyini qiymətləndirdikdən sonra onu işıqlandırıb ictimailəşdirsinlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR