Zaqatalada “Vəhdət dəyərimizdir” adlı seminar keçirilir

İyunun 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə "Vəhdət dəyərimizdir" layihəsi çərçivəsində Zaqatala rayonunda həyata keçirilən üç günlük seminarın açılış mərasimi olub. "Olaylar" xəbər verir ki, açılış mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin Zaqatala rayonunda yerləşən abidəsi ziyarət edilərək Ulu Öndərin xatirəsi ehtiramla anılıb. Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Zaqatala rayonu üzrə qazisi Malik Bilalov,  Bakı, Sumqayıt şəhərlərindən, eləcə də Abşeron, Zaqatala, Balakən və Qax rayonlarından olan dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR