Deputat: “Bu özlüyündə əhəmiyyətli artımdır”

"Ölkə prezidentinin ölkədə minimum pensiyanın məbləği 1 oktyabr 2019-cu il tarixindən 160 manatdan 200 manata çatdırılması barədə Sərəncam verdi. Burada təxminən 25% artımdan söhbət gedir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Fazil Mustafa əlavə edib ki, bu özlüyündə əhəmiyyətli artımdır: "700 minə yaxın insanın bu sərəncamdan yararlanması gözlənilir. Son vaxtlar cəmiyyətin ən aztəminatlı kateqoriyaya aid insanlarına yaşam səviyyəsinin yeksəldilməsinə yönəlik bu addımlar təqdirəlayiqdir və müsbət tendensiyanın davamından xəbər verir. Əslində ölkəmizdə insanların rifah halının yüksədilməsi üçün hər cür imkanlar mövcuddur. Yetər ki, iş yerləri açan, faydalı iqtisadi təşəbbüskarlıq göstərən insanların qarşısında bürokratik maneələr ortadan qaldırılsın, bir sıra sahələrdə rəsmi və ya qeyri-rəsmi inhisarçılığın iqtisadiyyata, xüsusilə də turizmə vurduğu zərərlər obyektiv araşdırılsın. O halda islahatlar prosesi daha da irəli aparıla bilər və qısa vaxtda öz effektini göstərər".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR