Yeni qanun vətəndaşların sağlamlığının qorunmasına töhvə verəcək

Milli Məclisdə "Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında" qanun layihəsi ilə bağlı İşçi Qrupu yaradılıb. Maraqlıdır, bu qanunun qəbulu pasientlərə hansı üstünlüklər gətirəcək? Millət vəkili Kamilə Əliyeva bildirib ki, artıq neçə illərdir ki, bu məsələ ətrarafında müzakirələr, diskussiyalar gedir. Hər kəs, xüsusilə, millət vəkilləri və mütəxəssislər belə bir qanun layihəsinin vacibliyini, zəruriliyini vurğulayırlar: "Bu, əslində cəmiyyətdən gələn bir sosial sifarişdir. Odur ki, Milli Məclis və Səhiyyə komitəsi olaraq, bu gün komitəmizdə geniş dinləmələr keçirdik və dinləmələrdə səsləndirilən fikirlərin, təkliflərin yekunu olaraq, bu yöndə qanun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupunun yaradılmasına qərar verdik. İşçi Qrupuna hörmətli həmkarımız Sədaqət xanım rəhbərlik edəcək və inanram ki, İşçi Qrupu qarşıdakı müddətdə bu yöndə mükəmməl və təkmil bir qanun layihəsi hazırlayıb, müzakirələrə təqdim edəcək. Onu da deyim ki, gələn ildən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq və bu məsələ də adıçəkilən məsələ ilə birbaşa bağlıdır.Yəni, həm icbari tibbi sığortanın tətbiqi, həm də bunun davamı olaraq, belə bir qanun layihəsinin qəbulu insanlarımızın, vətəndaşlarımızın sağlamlığının qorunması işinə öz gözəl və müsbət töhfələrini verəcək".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR