Məktəblilər üçün ingilis dili müsabiqəsi keçirilir

Paytaxt məktəbliləri arasında ingilis dilində təqdimat müsabiqəsi keçirilib. "OLAYLAR" xəbər verir ki, müsabiqədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində İngilis dili resurs mərkəzləri yaradılan ümumi təhsil məktəblərinin şagirdləri iştirak edib.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin əldə etdikləri xarici dil və İKT biliklərini daha da möhkəmləndirmək, onlarda xarici dilin öyrənilməsinə marağı artırmaq və tədqiqatçılıq bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

Müsabiqədə şagirdlər seçdikləri mövzu barədə ingilis dilində təqdimatlarını 10 dəqiqə müddət ərzində nümayiş etdiriblər.

Müsabiqədə səsləndirilən fikirlər və ideyaların mövzuya uyğunluğu, məzmuna uyğun  jest və  mimikalardan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, düzgünlüyü və təqdimat üçün ayrılmış vaxta riayət edilməsi meyarları əsas götürülüb. Çıxışlar Münsiflər heyəti tərəfindən 4 ballıq sistem üzrə qiymətləndirilib.

Münsiflər heyəti BŞTİ və "British Council"un əməkdaşları və təlimçilərdən ibarət olub.

Müsabiqənin nəticəsinə əsasən, 245 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Səma Balıyeva I, 62 nömrəli məktəb-liseyin VIII sinif şagirdi Fərid Bəndiyev II, həmin məktəb-liseyin VII sinif şagirdi Mehriban Hüseynova isə III yeri tutub.

Qaliblər diplom, müsabiqə iştirakçıları isə "Tərifnamə", hədiyyə kuponu və bədii kitablarla təltif ediliblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR