Foto çəkdirmək istədi, avtomobili dərəyə aşdı - VİDEO

Quba-Xınalıq yolunda avtomobil dərəyə aşıb.

Hadisə Quba-Xınalıq yolunun 29 kilometrliyində qeydə alınıb.

Ərazidə istirahət edən turist "Nissan" markalı avtomobili yol kənarında park edib. Lakin sürücü avtomobildən endikdən sonra maşın düzgün park edilmədiyi üçün Qudyalçaya doğru yuvarlanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, analoji hadisə təxminən 7-8 ay öncə də baş vermişdi. Belə ki, "Toyota Prado" markalı avtomobil düzgün park edilmədiyi üçün sözügedən yolda dərəyə aşmışdı.

oxu

Bakıda vətəndaşın evindən neft çıxdı - VİDEO

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR