Zakir Həsənov jurnalistə irad bildirdi: "Niyə Azərbaycan dilində danışmırsan?"

Xəbər verdiyimiz kimi dünən  Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov   geniş  mətbuat konfransı keçirib. Mətbuat konfransında ordu ilə bağlı jurnalistlərin suallarını cavablandıran nazir bir addımı ilə mətbuatın diqqətini çəkib. 

Oxu24.com xəbər verir ki, "CBC" televiziyasının  müxbiri  nazirə  rus dilində sual verib. Müdafiə  naziri  jurnalistə   Azərbaycan  dilində   danışmamasını   irad  tutub.

"Üzr istəyirəm. Niyə sualı rus dilində verirsiniz?Azərbaycan  dilini  bilmirsinizmi?." Jurnalist  sualını  rus  dilindən  verdikdən sonra müdafiə naziri sualın  cavabını  Azərbaycan  dilində  verəcəyini  bildirib.
Xatırladaq ki, jurnalistin sualı "Seyfəli" poliqonundan atılmış tank mərmisinin Gəncədə yaşayış evinə düşməsi hadisəsi ilə bağlı olub.
Nazir  cavabında bildirib: "Seyfəli" sovet dövründən qalan bir poliqondur. Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Tank mərmisi təlim zamanı qayaya dəyib və 18 km uçaraq evə dəyib.Mənim göstərişimlə həmin təlimlər dayanıb. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ödəniləcək. Xoşbəxtlikdən bu, döyüş mərmisi olmayıb, yoxsa faciə baş verərdi".Z.Həsənov əlavə edib ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilməsi ilə bağlı qərar veriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR