Pensiyaçılara ŞAD XƏBƏR: minimum 200 manat alacaqlar

"Minimum əmək haqlarının artırılması barədə imzalanan sərəncam dövlət sektorunda çalışan 500 mindən çox işçiyə şamil olunacaq".

Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "REAL" televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, minimum əməkhaqqı artımı bütün sahələrdə tətbiq olunacaq: "Apardığımız təhlillərə görə, özəl sektorda muzdla çalışan 300 minə yaxın insanın əməkhaqqında artım müşahidə olunacaq".

Nazir müavini qeyd edib ki, "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklərə görə, Azərbaycanda minimum pensiyanın məbləği bu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq: "Bu da, təxminən, 25% artımdır. Bu artım 700 minə yaxın insanı əhatə edəcək".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR