Türkiyəli deputatlar Bakı Atatürk Liseyində olub

Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiçin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Bakı Atatürk Liseyində olublar.  "OLAYLAR" xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiçin başçılıq etdiyi və tərkibinə türkiyəli millət vəkilləri Təkin Bingöl, Yaşar Karadağ, Mustafa Hilmi Dülger, İsmail Bilen, Receb Uncuoğlunun daxil olduğu nümayəndə heyəti TDAV başqanı Közhan Yazqan və Liseyin müdiri Eylem Gültəkinlə görüşüblər. Qonaqlara təhsil ocağı haqqında ətraflı məlumat verilib.

Öz növbəsində Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini bildirən Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiç bir zamanlar onun da müəllimi olmuş TDAV-ın qurucu başqanı Turan Yazqanın yadigarı olan Bakı Atatürk Liseyinin bundan sonra da uğurlu fəaliyyət göstərməsi üçün lazım olan dəstəyin göstəriləcəyini bildirib.

Qeyd edək ki, səfər zamanı nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də qəbul edilib. Türkiyəli qonaqlar, eyni zamanda, bir sıra görüşlər keçirib,  Azərbaycan Respublikası Milli Məclisinin təşkilatçılığı ilə reallaşan regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransında iştirak ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR