Bakıda çoxmərtəbəli binada təhlükə - Kondisioner asılı vəziyyətdə qaldı

Bu gün Bakının Nizami rayonunda yanğın qeydə alınıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çöl divarına bərkidilən kondisionerin mühərriki yerindən qoparaq asılı vəziyyətdə qalması barədə müraciət daxil olub.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan qurğunu müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar. Əməliyyat başa çatıb.

publika

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR