İnvestorların 96 dövlət əmlakı üzrə seçim imkanı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyunun 16-da keçiriləcək. Komitədən "Olaylar"a verilən məlumata görə, budəfəki hərraca ümumilikdə  96 dövlət əmlakı çıxarılıb. İştirak etmək istəyənlər 38 kiçik dövlət müəssisə və obyekti, 22 səhmdar  cəmiyyəti, 15 qeyri-yaşayış sahəsi, 7 yarımçıq tikili və 14 nəqliyyat vasitəsi üzrə seçim edə bilər.Paytaxtda və bölgələrdə yerləşən kiçik dövlət əmlakları qiymət, sahə və fəaliyyət baxımından müxtəlifdir. Özəlləşdirməyə çıxarılan bu dövlət obyektlərinin sahəsi 12.2 kv.m ilə 3.1 min kv.m arasındadır. Potensial investorlar biznes planlarına uyğun olaraq yardımçı təsərrüfat, əmlak kompleksləri, xidmət və ticarət obyektləri üzrə seçim edə bilər. Sahəsi 1712.1 kv.m olan dövlət əmlakı paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşir. Obyektin özəlləşdirilməsi investor üçün xidmət sahələri üzrə gəlirli fəaliyyət imkanları yarada bilər.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin isə sahəsi 9.2 kv.m ilə 127.4 kv.m arasındadır. Bu növ növ dövlət əmlaklarından  7-si paytaxtda, 2-si Sumqayıtda, 2-si Daşkəsəndə, digərləri isə Bərdə, Şirvan və Ağdaşda yerləşir. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki qeyri-yaşayış sahəsinin sahəsi 76.2 kv.m-dir. Səhmdar cəmiyyətləri inşaat, kəndkimya, nəqliyyat, ticarət, istehsal və digər sahələrə aiddir. Budəfəki hərraca "Ucar İnşaat Xidmət", "Şıxlar Broyler", "Yevlax taxılçı" və digər səhmdar cəmiyyətlərinin 30%-45%-lik dövlətə məxsus səhm paketləri çıxarılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR