“Tarixin canlı səhifələri” bu dəfə Tomris Xatun və Şəməsddin Eldənizə həsr edilib

İyunun 19-u, Bakı şəhəri, Pirallahı rayonunda  Gənclər və İdman Nazirliyi tərəfindən, Daxili İşlər Nazirliyi Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Pirallahı rayon icra hakimiyyəti, AMEA Tarix İnstitutu ilə birgə "Tarixin canlı səhifələri" adlı Vll Gənclər festivalı keçiriləcək. GİN-in mətbuat katibi Səmayə Məmmədova "OLAYLAR"-a bildirib ki, tarixi rekonstruksiya formatında keçiriləcək festivalın məqsədi  gəncləri  vətənpərvərlik  ruhunda  tərbiyə etmək və xalqımızın tarixini onlara  əyani olaraq çatdırmaqdır.

Vll Gənclər Festivalı Azərbaycanın ilk qadın hökmdarı Tomris Xatuna və Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı Şəməsddin Eldənizə həsr edilib.

Tarixi faktlar əsasında hazırlanmış tamaşa peşəkar aktyor və tələbələr tərəfindən nümayiş olunacaq.

Tamaşanın elmi məsləhətçisi AMEA-nın Tarix İnstitutunun direktoru, əməkdar elm xadimi Yaqub Mahmudovdur.

Qeyd edək ki, "Tarixin canlı səhifələri" adlı festival  2014-cü ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.

Tədbirdə nazir Azad Rəhimov, PA rəsmiləri, dövlət rəsmiləri və MM-in üzvləri oacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR