Astara rayonunda 5 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vətəndaşların rahat gediş-gəlişinin təmin olunmasına hesablanmış yol infrastrukturu layihələrinin icrası uğurla davam etdirilir. Hazırda Astara rayonunda bu çərçivədə 11.6 km uzunluğa malik və 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, Astara rayonunun 20 mindən artıq əhalisi olan Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş yaşayış məntəqələrini birləşdirən avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılaraq kipləşdirmə işləri görülüb və 12 metr enində yeni yol yatağı inşa edilib. Həmçinin suvarma məqsədi ilə tikilmiş metal borular yararsız vəziyyətdə olduğu üçün zəruri yerlərdə 300 və 500 mm diametrli yeni borular quraşdırılıb.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, hazırda yol boyu 130 min kv.m sahədə layihədə nəzərdə tutulmuş qarışıqlardan yol əsasının alt və üst layının inşası işləri aparılır. Bundan başqa yolun kənarı ilə səth sularının kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa olunur, həmçinin zəruri ərazilərdə istinad divarları tikilir.

Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli asfalt-beton örtüyü döşənəcək.

Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, yol birləşmələrinin təmiri, zəruri olan yerlərdə avtobus dayanacaqları quraşdırılması işləri görüləcək, hərəkətin normal təşkili üçün yol nişanları və siqnal dirəkləri qoyulacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Bakı-Quba-Rusiya avtomobil yolunda təmir işləri aparılır

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR