Bu ərazilərdə sürücülərdən diqqətli olmaq tövsiyə edilir

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Sabunçu rayonu Zabrat-Maştağa-Buzovna avtomobil yolunda üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, analoji işlər Nərimanov rayonu Həsən Əliyev küçəsində axşam saat 22:00-dan səhər saatlarınadək aparılacaq.

Bu səbəbdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR