Aralarında azərbaycanlılar da olan miqrantlar saxlanılıb

Türkiyənin Edirne şəhərinin Enez rayonunda 2 qayıqla qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan 73 miqrant saxlanılıb.

Olaylar.az bildirir ki, bu barədə DHA məlumat yayıb.

Enez Sahil Təhlükəsizlik Komandirliyi qrupları tərəfindən saxlanıəlan miqrantlar arasında Əfqanıstan, İran və Azərbaycan vətəndaşları yer alıb.

15-i uşaq, 17-si qadın olmaqla ümumilikdə 73 nəfər Edirne Köç Müdirliyi Miqrasiya İdarəsinə təslim edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR