Çin liderindən Ərdoğana gözlənilməz təklif

Çin Xalq Respublikasının sədri Si Cinpin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə iki ölkə arasında terrora qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsini təklif edib.

RİA Novosti xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"Hazırkı durumda tərəflər özündə əsaslı maraqları əks etdirən məsələlərdə bir-birini dəstəkləməlidir, terrorizmə qarşı mübarizədə əməkdaşlığı gücləndirməlidir", - deyə Si Cinpin vurğulayıb.

O həmçinin Çin-Türkiyə münasibətlərinə xüsusi önəm verdiyini bildirib. Qeyd edib ki, ikitərəfli dostluğun iki ölkə arasında qarşılıqlı etimada çevrilməsi üçün Ərdoğanla birgə çalışmağa hazırdır.

Öz növbəsində Ərdoğan bildirib ki, Türkiyə Çinlə münasibətlərin inkişafına böyük önəm verir, iqtisadi-ticarət, maliyyə sahələrində, o cümlədən infrastrukturun yaradılmasında əməkdaşlığı genişləndirməyə hazırdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR