"Əsl kişi bir dəfə ailə qurar" - Nazim

"Vay o kişinin halına ki, evlənib, boşanır. Yorulmadın camaatın qızlarını bədbəxt etməyə?".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nazim Pişiyari "Şou news" verilişinə açıqlamasında deyib. Sənətçi ikinci dəfə ailə quran həmkarlarını tənqid edib:

"Mənim düşüncəmdə, kişi seçimin bir dəfə edər. Ölənə kimi bir qadınla yaşayar. Ola bilsin kimsə mənimlə razılaşmasın, özü bilər. Oğluma da deyirəm, seçimini elə et ki, sonra peşman olma.

Evlənməzdən əvvəl həyat yoldaşıma dedim ki, mən bu cürəm. Ona görə də 30 ildir dözür. Dözməyən, müğənniyə ərə getməsin. Sənətçiyə mesaj da, zəng də gələr, şantaj da edilər.

Üç, dörd, yeddi gün toy edirlər. Ailəni işə qatmaq olmaz. Kişi kişidirsə, hər peşədə özünü göstərəcək".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR