Diasporla İş üzrə Dövlət Komitəsində Milli Qurtuluş günü qeyd olunub

Diasporla İş üzrə Dövlət Komitəsində 15 iyun Milli Qurtuluş günü ilə bağlı toplantı keçirilib. "Olaylar" xəbər verir ki, tədbir Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib, ulu öndərin həyat və fəaliyyəti ilə bağlı film nümayiş etdirilib. Çıxış edənlər  Heydər Əliyevin misilsiz xidmətləri, zəngin siyasi təcrübəsi, uzaqgörən daxili və xarici siyasəti barədə danışıb, ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışının müstəqil dövlət quruculuğu prosesində əvəzsiz rol oynadığını qeyd ediblər.

Bildirilib ki,  Azərbaycanın xilası yolunda fədakarlıq nümunəsi göstərən ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlişi ölkəmizdə vətəndaş qarşıdurmasına birdəfəlik son qoyub, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qarşıda duran problemlərin həllinə təkan verib. Görkəmli dövlət xadiminin fəaliyyəti nəticəsində xalqımızın bütövlüyü, həmrəyliyi və milli birliyi təmin edilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsində Yeni Azərbaycan Partiyası Ərazi İlk Partiya Təşkilatına yeni qoşulan əməkdaşlara üzvlük vəsiqələri təqdim olunub.

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR