Azərbaycan xalqının Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub

Azərbaycan xalqının azadlığının, milli dövlətçiliyimizin müqəddəratının həll edildiyi ən ağır günlərdə - 1993-cü ilin iyunun 15-də ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı xalqımızın və müstəqil dövlətimizin xilasının başlanğıcı kimi qiymətləndirilərək bu tarixi hadisə ölkəmizdə ən əlamətdar bayramlardan olan Milli Qurtuluş Günü kimi geniş qeyd olunur.

"Olaylar"a verilən xəbərə görə, bu əziz bayram münasibətilə Ədliyyə Nazirliyində və struktur qurumlarında tədbirlər keçirilib, ümummilli lider Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz və işıqlı xatirəsi yad edilib. Heydər Əliyev muzeyində dahi öndərin həyat və fəaliyyətini əks etdirən zəngin və maraqlı ekspozisiyalarla tanışlıq olub, kinozalda əbədiyaşar liderə həsr olunmuş filmlər, eləcə də foto və video slaydlar nümayiş etdirilib, bir qrup ədliyyə işçiləri və könüllüləri rəsm sərgisində iştirak ediblər.

Milli Qurtuluş Günü ilə bağlı keçirilən tədbirlərdə dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, xilaskarlıq missiyasından bəhs olunub, Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışı ilə milli dövlətçiliyimizin inkişafının, Azərbaycanın hərtərəfli tərəqqisinin başlanıldığı qeyd edilib, Ulu Öndərin müəyyən etdiyi xalqımızın firavan gələcəyinə hesablanmış uğurlu siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilərək respublikamızın gündən-günə çiçəklənməsi, xalqımızın bütün sahələrdə yüksək nailiyyətlər qazanması vurğulanıb.

Ümummilli Liderin dövlətçilik amallarına daim sadiq qalan ədliyyə işçiləri ölkə başçısının rəhbərliyi ilə xalqımızın və dövlətimizin bundan sonra da tarixi nailiyyətlərə və qələbələrə imza atacağına əminliyini ifadə ediblər.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR