Milli Qurtuluş Günü münasibəti ilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib

Məcburi köçkünlərin birbaşa yaşayış yerlərində hər tərəfl itibb imüayinəyə cəlb olunması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iyunun 14-də Bakının Kürdəxanı qəsəbəsində 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə tibb iaksiya keçirilib.

Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin maddi rifahının yaxşılaşdırılması, sosial problemlərinin həlli, o cümlədən yüksək keyfiyyətli səhiyyə xidmətləri ilə təmin edilməsi üçün davamlı və təsirli tədbirlər görülür. "Olaylar" a verilən xəbərə görə, qaçqınların və məcburi köçkünlərin sağlamlığının qorunmasına da hər tərəfli dövlət qayğısı göstərilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması ilə yanaşı, müntəzəm olaraq zəruri tibbi yardım almasına xüsusi həssaslıqla yanaşır.Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə müasir tələblərə cavab verən tibb məntəqələri fəaliyyət göstərir.

Zabrat Müalicə-Diaqnostika Mərkəzində təşkil olunan tibbi aksiyada akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki xəstəxanasının 20 nəfərdən ibarət həkim briqadası məcburi köçkünləri müayinə edib, onlara tibbi xidmət göstərib. Tibbi aksiya çərçivəsində 300 nəfərə yaxın məcburi köçkün müayinə olunub.Səhhətində problem aşkar edilənlərə ilkin diaqnoz qoyulub, müalicə təyin edilib.

Aksiya çərçivəsində məcburi köçkün ailələrindən birinin iki azyaşlı oğlan uşağı sünnət edilib.

Məcburi köçkünlər onların sağlamlığına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tibbi aksiyaların məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR