Azərbaycanda 86 ölkədən 6004 tələbə təhsil alır

2018-ci ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib. Təhsil Nazirliyindən "OLAYLAR"-a bildirilib  ki, 2013-cü ilə nisbətən qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artıb.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq 12 300-dən 20 500-ə çatdırılıb, ümumi qəbul planının 42 faizini təşkil edib. Ötən il bu göstərici 27 faiz təşkil edirdi. Ölkədə ali təhsil alma imkanları genişləndirilib, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20.8 faiz artım olub, bu göstərici ötən il 41 mini ötüb.  Artım tendensiyası cari ildə təsdiq edilmiş qəbul planında da davam etdirilib, bakalavriat səviyyəsinə qəbul planı 48 506 nəfərə yüksəlib, yəni 6.4 faiz artıb.

Nazirlikdən o da bildirilib ki, 2018-2019-cu tədris ilində 716 SABAH tələbəsi məzun olacaq. Ölkəmizdə ali təhsil alan əcnəbilərin sayı isə 17 faiz artıb. 2018-2019-cu tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə təhsil alan əcnəbilərin sayı 86 ölkədən olmaqla 6004 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 17 faiz artım deməkdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR