Nəsimi rayonunda “ Nəsimi ili” münasibəti ilə tədbir keçirilib

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı növbəti tədbir Nəsimi rayonu 151 nömrəli tam orta məktəbdə keçirilib. "Olaylar" xəbər verir ki, qonaqlar ilk öncə məktəbin foyesində "Nəsimi poeziyası" mövzusunda  məktəblilərin rəsm əsərlərindən ibarət sərgiyə baxıblar. Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki,  şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. 1979-cu ildə Bakı şəhərinin Nəsimi rayonunda Nəsiminin heykəli ucaldılıb.  Natıq "Nəsimi ili" ilə bağlı Nəsimi rayonunda keçirilmiş tədbirlər barədə də məlumat verdi.  Daha sonra tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR