Əli Hüseynli: “Elə təəssürat yaranmamalıdır ki,...”

"Normativ hüquqi aktlar haqqında" qanunda qanun layihələrinin normayaratma orqanına təqdim edilməsi qaydası yer alıb. Bu müddəalar vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təklif etdikləri qanun layihələrinə də şamil olunur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında yeni hazırlanan "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Onun sözlərinə görə, elə təəsürat yaranmamalıdır ki, vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək təqdim edəcəkləri qanun layihəsi onların istədikləri formada olmalıdır: "Bu, mümkün deyil. "Normativ hüquqi aktlar haqqında" qanunun tələbləri var və ona riayət edilməlidir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR