50 Qarabağ əlilinə avtomobil verildi

Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının nəticəsi kimi, 15 İyun - Milli Qurtuluş günü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu kateqoriyadan olan vətəndaşlara 50 dəfə "Xəzər" markalı minik avtomobili təqdim edilib. "Olaylar" xəbər verir ki, avtomobillə təmin edilən müharibə əlilləri Milli Qurtuluş günü ərəfəsində onlara bayram hədiyyəsi kimi minik avtomobilləri təqdim olunmasına görə sevinc hissi keçirdiklərini vurğulayıblar. Qarabağ müharibəsi əlilləri göstərilən bu yüksək qayğıya, ümumillikdə əlilliyi olan insanların bütün sahələrdə qayğı ilə əhatə olunmaları üçün aparılan işlərə görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR