Müddətsiz müqavilə əsasında 4053 müəllim işə qəbul edilib

Başa çatmaqda olan tədris ili ərzində müddətsiz müqavilə əsasında 4053, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilib. Təhsil Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, bu da son illərdə vakant yerlərin 100 faiz tutulması baxımından ən yüksək göstərici olub. 2018-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı 51 mini ötüb. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR