“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilib

"Bələdiyyələrin statusu haqqında" qanuna dəyişikliklər edilməsi təklif olunur. "Olaylar"ın məlumatına görə, qanun layihəsi bu gün birinci oxunuşda Milli Məclisin bu gün keçirilən növbədənkənar xüsusi sessiyasının ilk plenar iclasında müzakirə edilib.Qanuna təklif edilən 49-1-ci maddə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.

Eyni zamanda qanuna təklif olunan 10-1-ci maddə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR