BŞTİ-nin tabeliyində 318 məktəb fəaliyyət göstərir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir.

"OLAYLAR" xəbər verir ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 27 563 müəllim çalışır.

BŞTİ-nin tabeliyindəki məktəblərdə 424 118 şagird təhsil alır.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I siniflərini 45 616, IX siniflərini 28 993, XI siniflərini 19 786, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 655 nəfər başa vurur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR