Əməkdar artist yoldaşına XƏYANƏT EDİB: Maşını saxladım,qızlar tələbə idi

"Rols-Roysuna, Limuzuninə xanımından başqa qadın heç minməyib? Firuzə heç də, Firuzə harda aş, orda baş idi".

Bu sözlərlə Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda əməkdar artist Cavanşir Məmmədova müraciət edib.

Sənətçi Tolikin sualına cəsarətli etirafı ilə yadda qalıb:

"Minib! Deməli, "Kukla" teratrının yanında işıqfor var. Ora ilə gəlirəm. Qırmızı işıqda maşını saxladım. İki qız keçirdi, tələbə idilər deyəsən. Maşının pəncərəsi açıq idi. Baxdı maşına belə dedi "Kaş ki, bu maşında gəlin gedəydim". Dedim "Gəl bura. Səni dərsə aparım indi". Oturdular, onları institutlarına apardım. Yaxında idi. Telefon nömrəmi də götürdülər, zəng elədilər. Yoldaşımla da danışdılar, özümlə də". 

Qeyd edək ki, C.Məmmədov Tolikin "Yoldaşına xəyanət etmisən?" sualına "Kişilər çox vaxt xəyanət eləyir. Ancaq xəyanəti evə gətirmək olmaz. Nəyə görə? Xəyanət edəndə sənə nişanə qoya bilərlər - köynəyinə və yaxud da bədəninə, ya da onun "duxu"sunun iyi çökə bilər sənin köynəyinə, harasa. Xəyanətdən qayıdanda gərək hamamdan gələsən" cavabını verərək təkzib etməyib.

milli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR