Deputat təcili yardım işçilərinə edilən zorakılığı pislədi

"Bir neçə gün öncə, Bərdədə təcili yardımın işçilərinə zorakılıq olub. Bu, səhiyyə işçilərinə çox mənfi psixoloji təsir bağışlayır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik layihəsinin müzakirəsi deputat Rəşad Mahmudov deyib. Deputat qeyd edib ki, iş başında təcili tibb yardım işçilərinə zorakılıq polis əməkdaşına, dövlət məmuruna edilən zorakılıq kimi qiymətləndirilməlidir: "Bu, nəzərə alınmalıdır. Qonşu ölkələrdə təcili tibbi yardım işçiləri ilə bağlı nümunələr var. Bu məsələ qısa zaman ərzində həll edilməlidir, yəni qanunvericiliyə dəyişiklik olunması məqsədəuyğundur". Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deyib ki, həkimlərin və pasiyentlərin hüquqlarının qorunması ilə bağlı yeni qanun layihəsi hazırlanıb: "Yaxın günlərdə müzakirəyə çıxarılacaq. Rəşad Mahmudovun dediyi məsələlər həmin layihədə əksini tapacaq".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR