“Müstəqillik və vətənpərvərlik ruhunun aşılanmasında kinematoqrafiyanın rolu” mövzusunda debat

İyunun 13-də "Mədəniyyət həftəsi" çərçivəsində Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkitatçılığı ilə "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun üzvləri arasında "Son iclas" filminin nümayişi və film ətrafında "Müstəqillik və vətənpərvərlik ruhunun aşılanmasında kinematoqrafiyanın rolu" mövzusunda debat keçirilib.

Olaylar.az bildirir ki, Türkiyənin Gəncədəki Baş Konsulluğunun nümayəndəsi və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyevin iştirakı ilə keçirilən tədbirdə Elmi- Metodiki və İxtisasartırma Mərkəzin direktoru Asif Usubəliyev, elmi katib Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə, sektor müdiri Ceyhun Əhmədov, universitenin tələbələri, Gəncə və Şəmkir Regional Mədəniyyət İdarələrinin gənc mədəniyyət işçiləri, şəhərin fəalları çıxış ediblər.

Çıxış edənlər debatda Azərbaycan kino sənətinin uğurları, müasir kinematoqrafların Azərbaycan Xalq Cümhuriyyəti, ümumilikdə vətənpərvərlik mövzusuna daha çox müraciət etməli olduqlarının vacibliyi vurğulanıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR