“Tullantılara ikinci həyat” - maarifləndirici tədbirlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirci tədbirlər keçirilir. "OLAYLAR" xəbər verir ki, pedaqoji kollektiv və məktəblilər tərəfindən "Tullantıdan incəsənətə", "Təbiətimizi gözəlləşdirək", "Tullantılara ikinci həyat" və digər bu kimi mövzular üzrə müsabiqə, yarış, seminar, "Açıq dərs" və sərgilər təşkil olunur, müxtəlif araşdırmalar aparılır.

Tədbirlərin keçirilməsində əsas məqsəd ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarətdir.

Tədbirlərdə müasir ekoloji problemlərin yaratdığı fəsadlar, respublikamızda bu sahədə görülən işlər və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolu barədə şagirdlərə məlumatlar verilir. Bildirilir ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı ölkəmizdə məqsədyönlü işlər görülür. Həmçinin ətraf mühitin mühafizəsinə töhfə verməyin hər kəsin borcu olduğu diqqətə çatdırılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR