Komitə sədri əcnəbilər üçün elan verilmə səbəbini açıqlayıb

"Biz əcnəbinin Azərbaycanda olması müddətini ötən dövr ərzində 3 gündən 15 günə qədər uzatmışıq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlin parlamentin növbədənkənar sessiyasında deyib. Ə.Hüseynli dünya təcrübəsində də təhlükəsizlik məsələsi nəzərə alınaraq, müəyyən müddətdən artıq ölkədə qalan əcnəbinin qeydiyyata düşməli olduğunu bildirib: "Ötən iclasda bildirilmişdi ki, həm Azərbaycan, həm də başqa ölkənin vətəndaşı olan şəxs necə aşkarlana bilər? Nəzərə çatdırım ki, bununla bağlı qanunvericilikdə məsuliyyət nəzərdə tutulub, başqa ölkənin vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşı bu barədə müvafiq qurumlara məlumat verməlidir. Digər tərəfdən, sənədlər elektronlaşdırıldığı üçün belə halları aşkarlamaq daha asandır". Komitə sədri nəzərə çatdırıb ki, aeroportda təyyarədə müvafiq elanlar verilir: "Təyyarədə elanın verilməsi ehtiram xarakteri daşıyır. Əcnəbilərə məlumat verilir ki, 15 gün ərzində qeydiyyata düşməlisiniz. Bu elan ona görə verilir ki, əcnəbi sonradan pis duruma düşməsin".

Deputat: "Ombudsmanın təklifləri məcburi qaydada müzakirə edilməlidir”

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR