İsa Həbibbəyli: "Yeni rüsumlar heç bir gərginlik yaratmayacaq"

"Ödənişli təhsil alan tələbənin bir illik ödənişi təxminən 3000-4000 manatdır. Özəl bağçaya gedən uşaqlar üçün isə aylıq 250-300 manat ödənir. Ona görə də yeni rüsumlar heç bir gərginlik yaratmayacaq"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. İ.Həbibbəyli qeyd edib ki, təklif olunan rəqəmlər təhsil müəsssilələri üçün üçün heç bir problem yaratmayacaq: "Azərbaycan reallığını əks etdirir və minimum xərclərdir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR