Misirin Turizm Naziri xanım Dr. Rania Bakıya səfər edəcək

İyunun 15-18 tarixlərində Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim, Misirin Turizm Naziri xanım Dr. Rania Al Mashatın başçılıq etdiyi nümayəndə heyəti Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin 110-cu iclasında iştirak etmək üçün Bakıya gələcək və bu səfər bir neçə illik fasilədən sonra Misirdən Azərbaycana nazir səviyyəsində olan ilk səfər olacaq. 

Misirin ölkəmizdəki səfiri Olaylar.az-a açıqlamasında bildirib ki, Ssəfirliyin iki ölkə arasında birbaşa uçuşların davamlılığını təmin etmək məqsədilə apardığı lazımi təbliğat və təşviqat kampaniyası çərçivəsində səfirlik tərəfindən Misir Ərəb Respublikasının Turizm naziri üçün Azərbaycanın rəsmi xəbər agentliklərinin, mətbuat orqanlarının və genişmiqyaslı yayıma malik televiziya kanallarının iştirakı ilə mətbuat konfransı və müsahibələr təşkil edəcək və həmin mətbuat konfransı və müsahibələr zamanı Azərbaycan Hava Yollarının "AZAL" cari ilin 8 iyul tarixindən etibarən Bakıdan Qahirəyə təşkil edəcəyi çarter reysinə və eləcə də 2019-cu ilin 18 iyul tarixindən etibarən Bakıdan Şarm əl-Şeyx şəhərinə açılacaq digər çarter reysinə dair məsələlərə toxunulacaq.

Səfir Misir turizminin əvəllər olduğu kimi son iki il ərzində də yüksək dərəcələrə və rekord göstəricilərə nail olduğunu vurğulayaraq, beynəlxalq ekspertlərin şahidliyi ilə Misirdə təhlükəsizliyin, sabitliyin olduğunu və Misir hökuməti tərəfindən turistlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi təhlükəsizlik standartlarına riayət edildiyini və Misirin turizm bölgələrini ziyarət etmək arzusunda olan, Qədim Misir mədəniyyəti ilə tanış olmaq istəyən Azərbaycan vətəndaşlarının istəyini nəzərə alaraq Misirin ölkəyə səfər etmək istəyən azərbaycanlı turistləri qəbul etməyə hazır olduğunu qeyd etdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR