Türkiyəli hərbçilər üçün mədəni-kütləvi tədbirlər keçirilib

"Sarsılmaz qardaşlıq-2019" təlimində iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının mənalı istirahətləri üçün mədəni-kütləvi tədbirlər keçirilib. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerləri və "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksi ilə tanış olublar.

Türkiyəli hərbçilər gəzinti çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində şəxsi heyətin sosial-məişət şəraiti, silah və texnikaları ilə tanış olub, hərbi hissənin Təlim-Tədris Mərkəzində ordu quruculuğundan bəhs edən sənədli filmə baxıblar.

Qonaqlar hərbçilərimizlə birlikdə nahar ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR