Bərdədə həkimlərin döyülməsinə dair görüntülər - FOTOLAR

Bu gün Bərdə rayonunun Qaradəmirçi kəndində təcili tibbi yardım stansiyasının həkimləri döyülüb. Hadisə saat 08:45-də baş verib. Həkimlər Rəfiqə Abdullayeva, Təranə Qasımova və sürücü Zaur İbrahimov çağırış yerində xəstənin oğlu tərəfindən zorakılığa məruz qalıblar.

Azvision.az xəbər verir ki, kənd sakini dəmir parçası ilə təcili yardım maşınının şüşələrini qırıb, daha sonra tibb işçilərinə xəsarət yetirib. Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparılır. 











Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR