Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Paris şəhərində səfərdədir. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, UNESCO-nun 2019-cu il "Yubileylər" proqramına daxil edilən Bakı Dövlət Universitetinin 100 illik yubileyi iyunun 12-də qurumun baş qərargahında beynəlxalq səviyyədə qeyd olunacaq. Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də həmin tədbirə qatılacaq.

Parisə səfəri çərçivəsində Ceyhun Bayramov UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini ilə görüşüb. Görüşdə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev də iştirak edib.

Nazir Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açaraq, həmin hökumətin birinci qərarının Azərbaycanda ilk universiteti təsis etmək olduğunu vurğulayıb. O, BDU-nun Azərbaycanın təhsil sistemindəki mühüm rolunu qeyd edərək, Prezident İlham Əliyev tərəfindən "Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında" 2017-ci ildə imzalanmış Sərəncamı xatırladaraq, bu istiqamətdə görülmüş işlərdən danışıb.

Görüşdə son dövrün ən aktual mövzularından olan süni intellekt və bu sahədə təhsilin rolu ətrafında fikir mübadiləsi aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR