“Super Sun” markasından yeni layihə “Super Analar”

Xəyal adasında "Super Sun" yağ markasının təşkilatçılığı ilə hazırlanan "Super Analar" layihəsinin möhtəşəm açılış mərasimi keçirildi. Mərasimdə super ana obrazı altında ictimaiyyətdə uşaqlarla bağlı blogger kimi tanınan analar və media nümayəndələri iştirak etdilər.

Tədbirdə "Super Analar" layihəsinin simalarından biri olan Elnurə Mədətova maraqlı çıxışı ilə yadda qaldı. Millinin və "Qarabağ"ın futbolçusu Mahir Əmrəlinin anası olan Elnarə Mədətova oğlunun futbolçu kimi yetişməsində uşaq vaxtından ona göstərdiyi diqqət və qayğıdan bəhs etdi.

Ekologiyanın çirkliliyi, qidaların tərkib etibarilə sağlamlıqdan uzaq olması, düzgün yaşanmayan həyat tərzi dünyaya gələn körpələrin də tam sağlam olmamasına səbəb olur. Vaxtında hərəkət edə bilməmə, yeriməmə, diş çıxarmama, inkişaf zəifliyi, əksər yaşıdlarından geri qalmaq və s. fəsadlarla dünyaya gələn körpələrin valideynlərinin tək istəyi uşaqlarının normal inkişaf etməsi, yaşıdlarından geri qalmaması və aktiv-sağlam olmasıdır. Blogger analar uşaqlarının doğulduğu ilk gündən onlarla necə davrandıqları, düzgün və sağlam formalaşmaları üçün nə etdikləri ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər.

Aydın oldu ki, yenilikləri, sosial layihələri və müsaqibələri ilə daim seçilən "Super Sun" markası bu dəfə mətbəxlərə hər kəsin maraqla izlədiyi bloggerlərlə birlikdə qonaq gələcək. Bloggerlik fəaliyyətləri ilə sevilən məşhur simalar mətbəxdə müxtəlif yeməklər hazırlayaraq, xüsusi reseptlərini "Super Sun" markasının sosial media kanallarının izləyiciləri ilə paylaşacaq.

Bilirik ki, Uşaqların normal inkişafı üçün üç amil əsas götürülür. Düzgün qulluq, qidalanma və tərbiyə. Ayrı-ayrı üzv və sistemlərin normal funksiyası, xəstəlik törədən amillərə qarşı müqavimət dərəcəsi düzgün qidalanmadan asılıdır. Uşağın normal böyüməsi, psixi və fiziki inkişafı üçün də qidalanma vacib şərtlərdən biridir. Hər bir valideyin istəyir ki, övladı sağlam böyüsün. Bunun üçün isə sağlam qidalanma vacib amildir.

Sadəcə yemək hazırlamaqla kifayətlənməyən #Superanalar eyni zamanda mətbəxdə tətbiq etdikləri praktik üsulları, kiçik mətbəx sirlərini, uşaqlara yeməyi sevdirməyin yollarını və s. məlumatları da təqdim edəcəklər. "Super Sun" yağı özünəməxsus təamı ilə bütün yeməklərə və şirniyyatlara mükəmməl yaraşdığı üçün illərdir ki, mətbəxlərimizin əvəzedilməz üzvüdür".

"Super Sun" markasının YouTube, Facebook və Instagram kanalları vasitəsilə "Super Analar" layihəsini izləyərək, həm yeni praktik məlumatları öyrənmək, həm də sevilən yeməkləri hazırlamaq olar.

Bloggerlərin hazırladığı yeməklərin və şirniyyatların reseptləri, eyni zamanda, "www.neyeyek.az" saytında yerləşdiriləcək. Bu saytda xanımlar dünya mətbəxlərinə məxsus dadlı yemək reseptləri əldə edə biləcəklər. Saytın digər üstünlüyü isə hər kəsin qeydiyyatdan keçərək reseptlərini paylaşa bilməsi və həmin reseptlərlə yarışmalarda qalib olmaq şansı qazanmasıdır.

Qeyd edək ki, "Super Analar" layihəsi mütəmadi şəkildə yeni və fərqli konseptlərlə xanımların görüşünə gələcək.

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR