Lənkəranda kənd təsərrüfatı texnikası yarmarkası keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə sonuncu kənd təsərrüfatı texnika yarmarkası Lənkəranda keçirilir. Cənub zonasının rayonlarını əhatə edən yarmarka iyunun 11-də başlayıb. 2 gün davam edəcək yarmarkada 30-dək təchizatçı, bank, lizinq və sığorta şirkəti öz məhsul və xidmətlərini fermerlərə təqdim edir. "Olaylar" xəbər verir ki, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev kənd təsərrüfatı texnikaları satışına dövlət güzəştləri barədə məlumat verib. Mirzə Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Fərmanı  və bu fərmanla təsdiqlənmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası" kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya olan ehtiyacını aradan qaldırmaq istiqamətində atılmış mühüm addımdır: "Texnika satışına tətbiq edilən yeni qaydalar fermerlərdə kənd təsərrüfatı texnikası almağa yüksək stimul yaradıb. Texnika yarmarkalarında biz bunu çox aydın müşahidə edirik. Bütün təchizatçılardan texnika alışına dövlət güzəştinin tətbiq edilməsi, güzəştlə satılan texnikanın siyahısının genişlənməsi sayəsində hər bir fermer öz təsərrüfatına uyğun həcmdə texnika əldə etməyə maraq göstərir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR