XV Avropa Gənclər Yay Olimpiya Festivalı Əlaqələndirmə Komissiyasının son toplantısı keçirilib

İyunun 11-i Milli Olimpiya Komitəsində 21 iyul tarixində Bakıda başlayacaq XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı  Əlaqələndirmə Komissiyasının sonuncu toplantısı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova "OLAYLAR"-a bildirib ki, toplantıda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Avropa ölkələrinin nümayəndə heyətləri rəhbərləri Bakıda salamlayaraq deyib ki, biz oyunlara tam hazırıq: b"Bu gün, sizinlə bir daha görülmüş işlərə nəzər salacaq və ətraflı fikir mübadiləsi aparacayıq."

Toplantı zamanı "Bakı-2019" Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı Əməliyyat Komitəsinin gördüyü işlər, idman yarışlarının cədvəli, statistikası, risklərin idarə edilməsi, marketinq kampaniyaları, Milli Olimpiya komitələri arasında əlaqələrin qurulması və digər mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.

Əməliyyat Komitəsinin gördüyü hazırlıq işləri ilə tanış olaraq, Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki deyib ki, Bakının qarşıdakı festivala hazırlığını son dəfə dəyərləndirib və əminliklə deyə bilərik ki, paytaxt bu cür mötəbər yarışı qəbul etməyə hazırdır.

Qeyd edək ki, Bakıda olduqları müddətdə Avropa Olimpiya Komitəsinin rəsmiləri Festivalın Açılış və Bağlanış mərasimlərinin keçiriləcəyi Bakı Kristal Zalında olan son hazırlıq işləri ilə də tanış olublar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR