Polis Akademiyasına qəbul elan edildi

Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə əyani təhsil üzrə 25 kursantın qəbulu üçün müsabiqə elan edir. Dövlət İmtahan Mərkəzindən "Olaylar"a bildirilib ki, müsabiqədə İmtahan Mərkəzində l ixtisas qrupu üzrə keçirilmiş imtahanda 350 və daha yuxarı bal toplamış, Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2019-cu ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları sırasından oğlanlar iştirak edə bilər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2019-cu ilin iyul çağırışında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmırlar. Sənədlərin qəbulu 2019-cu il iyun ayının 28-dək hər gün (bazar günləri istisna olmaqla) saat 1000-dan 1700-dək Daxili İşlər Nazirliyinin inzibati binasında həyata keçirilir. Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər.

- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);

- təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayışı və ya tam orta təhsil haqqında sənəd (attestat);

- yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

- ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);

- oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

- 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-92-48 (daxili 12-48)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR