Yunus Oğuzun əsərləri rus və ingilis dillərində Rusiyanın Ridero nəşriyyatında çapdan çıxdı

Olaylar.az xəbər verir ki, əsərləri dünyanın bir çox ölkəsində  çap olunan yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun əsərləri  Rusiya nəşriyyatlarının  diqqətini  cəlb edib. Beləki  yazıçının   "Attila" tarixi romanı rus və ingilis,  "Şah arvadı və cadugər" (Jena şaxa i koldun), "Əmir Teymur" (Tamerlan) tarixi romanları rus,  "Nadir Şah" tarixi romanı isə ingilis dilində Rusiyanın  məşhur Ridero  nəşriyyatında çapdan çıxıb.

Yunus Oğuzun əsərləri  "Beta.ridero.ru"da da böyük populyarlıq qazanıb.

Beləki, yazıçının adı saytın ən populyar bölməsində trendə düşüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR