Baş ağrısının bitki çayı ilə müalicəsi

Baş ağrılarında bitki çaylarında istifadə etmək daha münasib sayılır. Bitki çayları və şəfalı bitkilər son zamanlarda tibb dünyasında da yer almağa başalayıb. Həkimlər baş ağrılarından xilas olmaq üçün təbii üsulları məsləhət görür. Zəncəfil, çobanyastığı və ihlamur qarşığından ibarət bitki çayının resepti:

Tərkibi:
1 stəkan su
1 çay qaşığı doğranmış zəncəfil
1 çay qaşığı quru çobanyastığı
1 çay qaşığı quru ihlamur

Hazırlanması:
Zəncəfil ağzı bağlı bir qabda saxlanılır və 5 dəqiqə yavaş-yavaş qaynadın və odun üzərindən götürün. Çobanyastığı və ihlamuru əlavə edib 10 dəqiqə dəmlənməyə qoyun. Süzərək için.
Bilməyənlər üçün deyək ki, zəncəfil vücudda ağrıya səbəb olan təsirləri azaldır. Çobanyastığı və ihlamur isə fiziki gərginliyi aradan qaldırır.

Publika.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR