“Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi

Azərbaycan Dillər Universitetində (ADU) XII beynəlxalq Çin dili üzrə "Çin dili körpüsü" müsabiqənin Azərbaycan üzrə seçim turu olub. Müsabiqə "Çin dilini öyrən və öz gələcəyini qur" devizi altında məktəblilər arasında keçirilib.

Olaylar.az bildirir ki, seçim turu Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Çin dilinin təbliği üzrə Dövlət Dəftərxanası - Konfutsi İnstitutlarının qərargahı və Konfutsi İnstitutu tərəfindən təşkil edilib. Müsabiqəyə müxtəlif orta məktəblərin şagirdləri, eləcə də Konfutsi İnstitutundakı Çin dili kurslarının tələbələri qatılıblar. Çinin Azərbaycandakı səfirliyinin siyasi söbəsinin müdiri Cen Xaynin bildirib ki, müsabiqənin məqsədi Azərbaycan məktəblilərinin Çin dili və mədəniyyətinə dair biliklərini nümayiş etdirməkdir.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinə marağının artdığını Çinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayının artdığını qeyd edib. 

İştirakçılar verilmiş mövzu üzrə Çin dilində çıxış edib, Çinin mədəniyyəti haqqında sualları cavablandırıb və bədii nömrələr nümayiş etdiriblər. Məktəblilərin çıxışları Çin səfirliyinin Azərbaycandakı nümayəndələrinin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, qaliblər Çin dili üzrə beynəlxalq müsabiqənin finalında iştirak edəcək və növbəti mərhələlərdə Çində təhsil alacaqlar. Qiymətləndirilmə zamanı ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun şagirdi Həsənova Xədicə II yerə laiq görülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR