Gürcü keşişlər Azərbaycana gedən yolu bağladılar

Gürcüstanın Marneuli rayonunda bir qrup keşiş və dindar Azərbaycana gedən əsas magistral yolda aksiya keçiriblər.

Report xəbər verir ki, aksiya iştirakçıları "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə gedən yolu bir neçə dəqiqəlik bağlayıblar.

Nəticədə yolda avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Marneuli və Xucabi yeparxiyasının təşkil etdiyi aksiya "David Qareci (Keşikçidağ Məbəd-Kompleksi - red.) Gürcüstanındır" şüarı ilə keçirilib.

İştirakçılar bildiriblər ki, aksiya xəbərdarlıq xarakteri daşıyır. Onlar Gürcüstan hökumətini məbəd kompleksi ətrafında yaranmış problemi həll etməyə çağırıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR