ABŞ-da yaşayan azərbaycanlı həkimlər bir araya gələcəklər

Bu gün ABŞ-ın Vaşinqton şəhərində həmyerlimiz, həkim-cərrah Rauf Şahbazovun rəhbərlik etdiyi "Azerbaijani American Medical Association" təşkilatının konfransı keçiriləcək. Konfransda ABŞ-da çalışan azərbaycanlı həkimlərlə yanaşı, Kanadadan, Avropadan, eləcə də ölkəmizdən dəvət olunan həkim soydaşlarımız da iştirak edəcəklər. Konfransın məqsədi ABŞ-da yaşayan həkimlərimizin bir-biri ilə tanışlığı, o cümlədən gündəlikdə öz əksini tapmış məsələlərin müzakirəsi olacaq. Konfransın keçirilməsinə əsas səbəb isə Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməyin yollarını araşdırmaqdan ibarətdir.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR