Avroliqa finalı Azərbaycanın dünya arenasında tanınmasına dəstək verəcək

"Avroliqanın Bakıda keçirilməsi yanlız idman xarakteri daşımır. Bu günə kimi Azərbaycan çoxsaylı beynəlxalq tədbirlər, idman yarışları, mahnı müsabiqələri mövcud olmuşdur. Azərbaycan inkişaf etməkdə olan ölkə kateqoriyasına daxildir. Məhz inkişaf etməkdə olan ölkələrdə bu kimi tədbirlərin keçirilməsi məqbul hesab edilməlidir. Bu tədbirlərin keçirilməsi, ölkəmizin dünya arenasında tanınmasına dəstək verir. Bu yarışlarda tamaşaçı qismində minlərlə turist axını ölkəmizə təşəbbüs buyurur. Bu həm ölkənin təhlükəsizliyinin, həm də dünya arenasında daha yüksək potensialda tanınmağına yol açır. Avroliqa futbol arenasıdır. İnsanların istirahət edərək, zövq alaraq izlədikləri futbol yarışıdır. Əlbəttə bu tədbirin ölkəmizdə keçirilməsi müxtəlif insanlar, təşkiatlar tərəfindən pislənə bilər, hətta qarşı da çıxıla bilər. Bunun səbəbi təhlükəsizliklə, eləcədə siyasi meyarlarla bağlana bilər. Lakin diqqət edərsək Azərbaycanda bütün tədbirlər yüksək səviyyədə təhlükəsiz şəraitdə keçmişdir. Ölkəmizdə xalq birliyi, vətən birliyi vardır. Məhz bu separatçı meyillərin qarşını daha çox alır. Bir sıra futbol ulduzları da hətta Bakının təhlükəsiz şəhər olduğunu, buraya gələn turistlərə göstərilən şəraitdən, keçirilən tədbirlərdən bəhrələnərək vurğulamışlardır."

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.

O xatırladıb ki, Avroliqanın Azərbaycan idmanına təsir göstərəcəyi barədə danışsaq, nəzərə çatdıraq ki, hər final mərhələsinin komandaları olan Arsenal və Chelsea komandaları Azərbaycan təmsilçisi olan Qarabağ komandası ilə qarşılaşmışlar: "Eyni ölkə və eyni məkanda. Ulduzların Bakıya gəlməsi Azərbaycanlı futbolçularda yeni ruh yüksəkliyi gətirəcək. Futbolçularımız ulduzlarla təmas quraraq onlardan futbol mexanizmlərinin dərinliklərini öyərənəcəklər. Avroliqanın keçirilməsi ölkədə Futbola diqqəti artıracaq. Məhz futbol elə bir idman növüdür ki, azarkeş dəstəyi nə qədər çox olarsa, bir o qədər qazanmaq şansı yüksələr. Mən ümid edirəm ki, ölkəmiz də bu mükəmməl işin öhdəsindən rahatlıqla gələcək. Və Dünya arenasına Azərbaycanın qüdrətini, təhlükəsiz, qonaqpərvər, yüksək mədəni irsi olan bir xalq və vətən kimi tanınmasına böyük töhfə verəcək

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR