Bu azərbaycanlı interpol xətti ilə axtarılır

İnterpol Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsi axtarışa verib.

BakuPost.az-ın məlumatına görə, axtarışa verilən Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Xalid Tağıyev qəsdən adam öldürməkdə günahlandırılıb.

X.Tağıyev barəsində cinayət işi başlansa da, o, istintaqdan yayınıb. Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib və barəsində axtarış elan edib.

İnterpol həmin qərar əsasında X.Tağıyev barəsində beynəlxalq axtarış elan edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR