Şirvanşahın 500 illik sikkəsi su qiymətinə satılır - Foto

Feysbuk sosial şəbəkəsindəki "Auksion/Hərrac" səhifəsində Şirvanşahlar dövlətinin hökmdarı Fərrux Yasar (1465-1500) dövrünə aid gümüş sikkəni satışa çıxarıb.

Kult.az xəbər verir ki, 1490-cı ilə aid olduğu bildirilən gümüş sikkənin ilkin qiyməti 1 manat, təklif olunan məbləğ isə 30-35 manat civarındadır.

Sosial şəbəkə istifadəçiləri belə bir tarixi sikkənin ucuz qiymətə satılmasının yolverilməz olduğunu deyiblər.

Məsələ ilə bağlı Kult.az-a danışan Tarix Muzeyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Babayeva bildirib ki, sözügedən sikkə ilə bağlı onlara məlumat daxil olmayıb:

"Lakin biz məsələni araşdıracağıq. Həqiqətən, o gümüş sikkə tarixi əhəmiyyətli olsa, ala bilərik. Tarix Muzeyində alqı-satqı komissiyası fəaliyyət göstərir və muzeyə tarixi əhəmiyyətli əşyalar gətirilir. Bizim komissiya sikkənin maddi dəyərini təyin etdikdən sonra alıb muzeyə qoya bilər. Bu məsələ ilə bağlı araşdırma aparacağıq".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR